Türkan Şoray: "Kinoya məcbur olub çəkildim"
Həyat tərzi 112

Türkan Şoray: "Kinoya məcbur olub çəkildim"

Türk kinosunun sultanı adlandırılan aktrisa Türkan Şoray sənətə gəlməsi ilə bağlı danışıb.


OLAY yazır ki, aktrisa filmə anasının razılığı ilə çəkildiyini bildirib: "Mən kinoya məşhur olmaq və ya dəbdəbəli həyat sürmək üçün başlamamışam. Məcburiyyətdən başlamışam. Kinodan xəbərim yox idi. Cəmi 14-15 yaşında idim. Bir dəfə kinoya getmişdik. Anam iki uşağı ilə tək qaldı. Qardaşıma və mənə baxmalı idi. İşləyirdi, amma kifayət etmirdi. O vaxt vəziyyətimizi yaxşılaşdıracaq bir təklif idi. Anam fikirləşdi. nə olursa olsun. Müəllim məktəbinə gedəcəkdim amma təkid edirdilər ki, filmdə çəkilim. Anam çox fikirləşdi. Onun veridyi qərarla həyatım dəyişəcəkdi."Ana, xahiş edirəm, məni burax" dedim və sonunda "hə"cavabını verdi".

Son xəbərlər