Пятница
ноя 03

Vəfat ediblər, amma milyonlar qazanırlar - Siyahı

"Forbes" jurnalı vəfat etmiş lakin hazırda da ən çox gəlir əldə edən məşhurların illik reytinqini dərc edib.


OLAY yazır ki, hesablamalarına görə, 2023-cü ildə ən çox gəlir əldə edən musiqiçi Maykl Cekson olub. Onun mahnıları müəllif hüquqları sahiblərinə 115 milyon dollar qazandırıb.


İkinci yeri 100 milyon dollarla musiqiçi Elvis Presli tutub. Bu il ərzində onun ev-muzeyini 600 minə yaxın insan ziyarət edib. Biletlərdən əlavə, suvenirlərin satışından da gəlir əldə edilir.


Üçüncü yerdə 45 milyon dollarla "The Doors"un üzvü Rey Manzarek qərarlaşıb. Müəllif hüquqları sahibləri və qrupun gitaraçısı əsərin hüquqlarını "Primary Wave"-ə satıblar.


Siyahıda həmçinin yazıçı Çarlz Şulz, musiqiçi Prins və müğənni Uitni Hyuston da var. Onların hər biri 30 milyon dollar gəlir gətirib. Con Lennon 22 milyon dollar, Bob Marli 16 milyon, "Bing Crosby" isə 14 milyon dollar qazandırıb.

Комментарии (0)

Оставить комментарий