17-ci əsrə aid məzarlıqlar : "Qadın və uşaqların dirilməsinin qarşısını almaq üçün qıfılla basdırıblar" - FOTO
Muxtelif 140

17-ci əsrə aid məzarlıqlar : "Qadın və uşaqların dirilməsinin qarşısını almaq üçün qıfılla basdırıblar" - FOTO

Polşa arxeoloqları 17-ci əsrə aid məzarlarında kilidlənmiş qadın və uşaqların qalıqlarını tapıblar.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Polşada "dirilməsinin qarşısını almaq üçün" asma qıfılla basdırılan uşağın 17-ci əsrə aid sümükləri çıxarılıb. Arxeoloqlar 6 və ya 7 yaşında olduğu deyilən uşağın qalıqlarının dövrün "fövqəltəbii inanclarını əks etdirdiyini" bildiriblər.


Tədqiqatçı Dariusz Polinski, Pien kəndindəki qəbiristanlıqda tapılan qalıqlar haqqında danışaraq deyib:


"Bu məzarlıq qara qüvvələrlə təmasda olmaqda şübhəli bilinən insanların olduğu qəbiristanlıqdır. Ona görə də ölümdən həmin insanları fərqli şəkildə dəfn ediblər".


Tədqiqatçı insanların bu şəkildə basdırılmasına aydınlıq gətirib: "Çox güman ki, uşağın "vampir" olduğuna inanılıb. Ona görə də onun məzardan çıxmasının qarşısını almaq üçün üçbucaqlı dəmir kilidlə üzüaşağı basdırıblar".


Polinski bunu edənlərin dişlənilməkdən və qanlarının içilməsindən qorxan insanların etdiyini deyib.


Arxeoloqlar "vampirləşmiş insanları dayandırmaq" üçün istifadə olunan başqa üsullar da tapıblar. Polinskinin sözlərinə görə, ölənlərdən bəziləri boyun və boğaz nahiyələrinə daş qoyularaq basdırılıb.

Son xəbərlər