Вторник
окт 31

Qəbiristanlıqda dəhşətli hadisə! Adamı öldürüb...

Qəbiristanlıqda mühafizəçilər qətlə yetirilən və üzərinə məzar daşı qoyulmuş kişi cəsədi tapıblar.


BiG.AZ xəbər verir ki, hadisə Türkiyənin Üsküdar Karacaahmet qəbiristanlığında baş verib. Hadisə yerinə gələn polis araşdırmalarından sonra mərhumun kimliyini müəyyənləşdirib.


Qəbiristanlıqdakı təhlükəsizlik işçiləri üzərində məzar daşı qoyulmuş kişi meyiti görüblər. Hadisə yerinə gələn polis qrupları, apardıqları araşdırma zamanı əvvəlcə döyülərək sonra bıçaqlanaraq öldürülən şəxsin Kazım Yavaşçı olduğu müəyyənləşib.


Hadisə ilə bağlı araşdırma davam edir.

Комментарии (0)

Оставить комментарий