Вторник
окт 31

"Ağbəniz" filminin ilk kadrı yayımlandı

"Disney" 1937-ci ildə çəkilmiş "Ağbəniz və Yeddi Cırtdan" klassik cizgi filminin film adaptasiyasından ilk rəsmi kadrı təqdim edib.


OLAY yazır ki, görüntüdə Latın Amerikalı aktrisa Reyçel Zeqlerin canlandırdığı baş qəhrəman meşə daxmasında yeddi cırtdanla əhatə olunub vəziyyətdə qeyd olunub.


Filmin premyerası 2024-cü ilin martından 2025-ci ilin martına təxirə salınıb. Təxirə salınmanın rəsmi səbəbi Hollivud aktyorlarının davam edən tətilidir. Lakin "Disney"-in qərarına filmin anonsunun çoxsaylı qalmaqallarla yadda qalmasının təsir etdiyi vurğulanıb.


Aktrisanın tənqid olunmasına səbəb isə açıqlaması olub. Bəzi internet istifadəçiləri aktrisanın 1937-ci ildə çəkilmiş "Ağbəniz və Yeddi Cırtdan" cizgi filmini son dərəcə köhnəlmiş adlandırmasını klassikə hörmətsizlik kimi qəbul ediblər.


Комментарии (0)

Оставить комментарий