30
октября
2023
18:42
"İsraildə baş verənlər terror aktıdır"
Hollivud ulduzu Ancelina Coli sosial media hesabında İsrail-Qəzza zolağında atəşkəsə çağırışla bağlı yazı dərc edib.
Axşam.az xəbər verir ki, o, ilk növbədə münaqişədə heç bir tərəfi dəstəkləmədiyini, münaqişədən əziyyət çəkən mülki əhalinin yanında olduğunu ifadə edib.
"Dünyada milyonlarla insan kimi mən də son həftələr İsraildə bu qədər mülki şəxsin ölümü ilə nəticələnən terror aktından qəzəbləndim, pis oldum, onlara necə kömək edə biləcəyimi düşündüm. Bütün girovları dərhal geri qaytarılması üçün dua edirəm. Bu qədər uşaq öldürüldü və ya yetim qaldı. İsraildə baş verənlər terror aktıdır. Amma bu, o qədər insana haqq qazandıra bilməz. Qəzzada dinc əhalinin bombalanması nəticəsində günahsız insanlar həyatını itirdi. Qaçmağa yeri olmayan, qida və suya çıxışı, evakuasiya imkanı olmayan, sığınacaq axtarmaq üçün sərhədi keçmək kimi sadə insan hüququndan belə məhrum olan əhali oldu".
Qeyd edək ki, Ancelina uzun müddətdir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi olub.