Hicabdan imtina edən iranlı aktrisaların karyerasına zərbə

Hicabdan imtina edən iranlı aktrisaların karyerasına zərbə
Dünya 83
İranda hicabdan imtina edən aktrisalara filmlərdə çəkilmək rəsmən qadağan olunub.


Axşam.az xəbər verir ki, bu barədə "İran international" məlumat yayıb.


Nəzarət Qurumunun rəhbəri Həbib İlbəyqinin sözlərinə görə, belə aktrisaların siyahısı hazırlanıb:


"Etiraz etdikləri məhdudiyyətlərə görə, bu aktrisalar kino karyeralarını davam etdirə bilməyəcəklər. Onların əvvəlki ekran işləri isə bu layihələrə qoyulan əhəmiyyətli investisiyaları nəzərə alaraq, kino istehsalçılarının maraqlarını qorumaq üçün hələ də yayımlanacaq. Bununla belə, onların qarşıdan gələn hər hansı layihədə rol almasına qadağa qoyulacaq".


Sözügedən aktrisalar arasında İranın məşhur sənətçiləri Baran Kosari, Vişka Asayeş, Panteya Bəhram və başqaları da var.


Qeyd edək ki, 2022-ci ildə İranda baş tutan etirazlar zamanı bir çox aktrisa hicabdan imtina edib. Buna səbəb 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi olub. Aksiyalar zamanı 20 yaşlı Hədis Nəcəf, 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi də öldürülüb.

Oxşar xəbərlər

"Aile" serialı Amerikada yayımlanacaq

"Aile" serialı Amerikada yayımlanacaq

...

0 Kino Сегодня, 11:32

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив