Понедельник
окт 23

Məşhurların milyonluq Yeni il qonorarları

Rusiyalı məşhurların yeni il gecəsi çıxışları üçün tələb etdikləri qonorar bəlli olub.


OLAY yazır ki, siyahıda ilk yerlərdə 7 milyondan 10 milyon rubla qədər qonorarla Qriqori Leps, Filipp Kirkorov, Basta və Polina Qaqarina yer alıb.


Nikolay Baskov, SHAMAN, Sergey Lazarev, Dima Bilan, Leonid Aqutin, Vladimir Presnyakov, Anna Asti, Mixail Shufutinsky, Zivert, "Ruki vvrex" və "Diskoteka Avariya"-nın yeni il gecəsi üçün qonorarları 3,5 ilə 5 milyon rubl arasında dəyişir.


Lyubov Uspenskaya, Klava Koki, Soso Pavliaşvili, Lolita, Dmitri Malikov, İrina Dubtsova və MakSimin səhnəyə çıxışı isə sifarişçiyə 2-3 milyona başa gələcək.

Комментарии (0)

Оставить комментарий