23
октября
2023
19:19
"Bunu bilən kimi oğlumun əlindən maşını aldım"
Əməkdar artist Kübra Əliyeva narkotik alüdəçisi olan və həbsxanada dünyasını dəyişən oğlundan söz açıb.
Axşam.az xəbər verir ki, aktrisa "Elgizlə izlə" ictimai-sosial verilişində bu haqda bəhs edib. O bildirib ki, oğlunun sağalması üçün əlindən gələni edib:
"Oğlum 46 yaşında nədən öldüyünü (narkotik alüdəçisi olduğundan dünyasını dəyişib - red.) hamı bilir. O barədə danışmaq istəmirəm. Oğlum sağalmışdı, ona avtomobil aldım. 2003-cü illərə təsadüf edirdi. O vaxt isə başım qızıma Türkiyədə ev almağa qarışmışdı. Bakıya qayıdıb gələndə gördüm ki, oğlumun gözləri axır. Ona bir kəlimə dedim: "Get avtomobili keçirt bacım oğlu Mirzənin adına". Həmin dəqiqə də getdilər notariusa və maşını keçirtdilər onun adına".