21
апреля
2008
20:05
Tech-Tech xanımlar mükafatlandırılacaq
Tech-Tech Xanım Azərbaycan xanımların İT üzrə bilik və bacarıqlarını artırmaq üçün bir sıra işlər həyata keçirir.
Məlumat verdiyimiz kimi müraciət edən 150-dən artıq xanımdan 30 nəfər seçilib və son iki ay ərzində xanımlara peşəkar mütəxəssislər - Ramin Orucov, Anar Qocayev, Səfər Səfərov və Fərhad Kərimov tərəfindən Software, Database, Network və Server əsaslarını öyrədən kurslar keçirilib.
Xeberler.az-ın məlumatına görə, ilkin mərhələnin yekunu olaraq dekabrın 13-də Tech-Tech Xanımların mükafatlandırma mərasimi keçiriləcək.
Tədbirdə Rabitə və Yüksək Texnologiyalara Nazirliyindən, İKT İnkişafına Dəstək Fondundan və İT sktorunda çalışan mötəbər qonaqların da dəvət olunduğu tədbirdə xanımların mükafatlandırılması, layihə çərçivəsində görülən işlərə dair hesabat və gələcək mərhələlərin açıqlanması nəzərdə tutulub.
Bu sosial layihə bu ilin may ayının 13-də rəsmi açıq elan edilib. Layihə çərçivəsində ilk addım İT-nin 4 istiqaməti üzrə əsas bilikləri xanımlarımıza öyrədən kursların keçirilməsi oldu.
WoWoman xanımların özlərini ifadə etməsi, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirməsi, birlikdə daha çox nailiyyətlər əldə etmələri və özlərinə inamı artırmaq məqsədilə yaradılan sosial platformadır. WoWoman komandasının qarşısına qoyduğu mühim məqsədlərdən biri də, xanımların İKT sektoruna marağını artırmaqdır. Məhz buna nail olmaq üçün isə, Tech-Tech Xanım layihəsi yaradıldı.