MilliNet Müsabiqəsinə start verilir
Afisa 138

MilliNet Müsabiqəsinə start verilir

Azərbaycan İnternetinin çox gözlənilən və faydalı müsabiqələrindən biri
Milli İnternet Mükafatı - MilliNet 2023-cü il üçün layihələrin qəbuluna start verir.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan İnternetinin və informasiya texnologiyalarının inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqabətli mühit formalaşdırmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək verməkdən ibarətdir.

Bu il müsabiqə yenilikləri ilə fərqlənir. Belə ki, internet resursların qiymətləndirmə meyarları tamamilə yenilənib. Müsabiqəyə təqdim edilən resurslar əvvəllki üç istiqamət (dizayn, kontent və texniki) üzrə deyil, layihənin faydalılığı, əhəmiyyəti və əhatə dairəsi nəzərə alınmaqla qiymətləndiriləcək.
MilliNet 2023 müsabiqəsi 14 Nominasiya üzrə keçiriləcək.
Nominasiyalar aşağıdakı kimi təyin edilib:
  1. İlin rəqəmsal hökumət həlli
  2. İlin rəqəmsal təhsil resursu
  3. İlin rəqəmsal maliyyə həlli
  4. İlin e-ticarət həlli
  5. İlin rəqəmsal sosial resursu
  6. İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu
  7. İlin innovativ həlli
  8. İlin rəqəmsal oyunu
  9. İlin informasiya resursu
  10. İlin süni intellekt həlli
  11. İlin rəqəmsal mədəniyyət və turizm həlli
  12. İlin rəqəmsal biznes həlli
  13. Ilin rəqəmsal marketinq həlli
Xüsusi nominasiya
  1. İlin rəqəmsal siması
İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) təqdim edə bilərlər. 
Müsabiqədə qalib gələnlərə ənənəvi Milli İnternet Mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 17 noyabr tarixdə başa çatacaq. Qiymətləndirmə prosesi 15 dekabradək davam eddəcək. Yekun Təqdimat mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, MilliNet saytı tam olaraq yeniləndiyinə görə əvvəllər qeydiyyatdan keçənlərin də yenidən hesab yaratması vacibdir.
İddiaçılar 06 oktyabr tarixdən www.millinet.az saytında  qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini,  sosial media resurslarını və s.) təqdim edə bilərlər. 
Milli İnternet Mükafatına  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.

Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiXüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar ALVENTURES, LenovoKATV1 və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUBAlas AcademyULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODAYeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları TRİLOGYTechnote Media və Xəbərlər.az media resurslarıdır.
Geniş məlumat: www.millinet.az

MilliNet Təşkilat Komitəsi
www.millinet.az
award@millinet.az

Oxşar xəbərlər

Son xəbərlər