Amazonda quraqlıq son 10 ildə ən pis səviyyədədir
Dünya 79

Amazonda quraqlıq son 10 ildə ən pis səviyyədədir

Amazon hövzəsindəki ekvatorial tropik meşə bölgəsində Braziliyanın Amazonas əyalətində baş verən quraqlıq son 20 ilin ən pis quraqlıqlarından birinə çevrilib.
Məlumata görə, quraqlıq səbəbindən Amazonun Solimoyns, Purus, Jurua, Madeyra və Rio-Neqro kimi böyük qollarında suyun səviyyəsi hər gün 20 sm azalır. Bu, keçən illə müqayisədə iki dəfə sürətli, lakin 2005 və 2010-cu illərdəki genişmiqyaslı quraqlıqlarla müqayisədə daha yavaşdır. Meteoroloqlar bildirirlər ki, Braziliyanın şimalında yağıntının miqdarı orta səviyyədən aşağıdır.
Nəticə etibarı ilə federal hakimiyyət orqanları yerli çay nəqliyyatının təqribən 40%-nin risk altında olduğunu və ya çayın dayazlaşmasının nəticələrini artıq yaşadığını təxmin edir. Amazonas ştatının 62 bələdiyyəsindən 59-da quraqlıq hökm sürür, 15-də isə vəziyyət fövqəladə vəziyyət elan edilib. Regionun qubernatoru Uilson Limanın müraciətinə cavab olaraq federal mərkəz ora humanitar yardım göndərilməsi barədə göstəriş verib. Bununla paralel olaraq hakimiyyət təbii yanğınlara və meşələrin qəsdən yandırılmasına qarşı mübarizəni gücləndirmək niyyətindədir./Oxu.az

Son xəbərlər