Среда
июн 07

WhatsApp'a hər kəsin gözlədiyi yenilik gəlir

WhatsApp, şübhəsiz ki, dünyada ən çox istifadə edilən mesajlaşma proqramıdır. Buradan həmçinin tez-tez foto, video və stiker göndərmək üçün də istifadə olunur.
Buna baxmayaraq WhatsApp-da göndərdiyiniz fotoşəkillər demək olar ki, heç də orijinal keyfiyyətdə qarşı tərəfə çatmır.
BiG.AZ xəbər verir ki, bundan sonra WhatsApp-da şəkil göndərmək istəyərkən ekranın yuxarı hissəsində yeni "HD" seçimi görünəcək. Buna toxunan istifadəçilər şəklin standart keyfiyyətdə və ya HD keyfiyyətində göndərilməsini seçəcəklər.
HD keyfiyyətində göndərilən fotoşəkillərin söhbət ekranında HD keyfiyyətində olduğunu göstərən etiket olacaq.
Yeni funksiyanın tezliklə bütün istifadəçilər üçün istifadəyə veriləcəyi gözlənilir.
Aynur HÖKMÜRƏVAN

Комментарии (0)

Оставить комментарий