İşləyən anaların uşaqları daha kök olur
Həyat tərzi 326

İşləyən anaların uşaqları daha kök olur

Amerikalı tədqiqatçılar iddia edirlər ki, ailədən çox işinə vaxt ayıran qadınların qızları və oğulları piylənmə, yuxu pozğunluğu və digər xəstəliklərdən əziyyət çəkirlər.


"Medicina" xəbər verir ki, İllinoys Universitetinin əməkdaşları 3 yaşdan 5 yaşa qədər 280 uşağı müayinə ediblər. Onların 17%-də pediatrlar piylənmə əlamətlərini aşkarlayıb.


Tədqiqatçılar analar arasında apardıqları sorğuda qadınların 66%-nin tam iş günü, 18%-nin part-time işlədiyini və yalnız 26%-nin bütün diqqətini ev işlərinə yönəltdiyini müəyyən ediblər.


Mütəxəssislər bir il sonra ikinci araşdırma apardıqdan sonra uşaqların 12 faizində piylənmənin inkişaf etdiyini müəyyən ediblər. Onların 90%-nin anası tam iş günü çalışırdı.


Mütəxəssislərin sözlərinə görə, qadınlar övladlarına lazımi diqqət göstərmir, nəticədə uşaqlar kifayət qədər yatmır, axşamlar analarının boşalıb, onlara zaman ayıracağını gözləyirlər.


Düzgün və diqqətlə müşahidə olunan uşaqların yuxu cədvəli piylənmənin qarşısının alınmasında böyük rol oynayır.
İşdən evə tez gəlib, uşaqlarla daha çox vaxt keçirtmək həm xanımlara xoş əhval ruhiyyə bəxş edir, həm də onların sağlamlığına təsir edir.

Son xəbərlər