23
мая
2023
18:39
Yayda tərləməni necə azaltmaq olar?
Yay aylarında insanlar daha çox tərləməyə başlayır və dezodorant həmişə bu problemin öhdəsindən uğurla gəlmir. Bu da kifayət qədər narahatlıq yaradır
Şəxsi gigiyenaya daha çox diqqət yetirmək bunun öhdəsindən gəlməyə kömək edəcəkdir.
BiG.AZ xəbər verir ki, mütəxəssislərin fikrincə, yayda şirin, qazlı içkilərdən, həmçinin kofein və tərkibində kofein olan içkilərdən imtina etmək daha yaxşıdır.
Orqanizimdə şəkərin miqdarı artdıqca böyrəküstü vəziləri stimullaşdırır. Bunun nəticəsində qoltuqlar, ovuclar və ayaqlar tərləyir. Həmçinin, çox miqdarda su içmək də tərləmənin artmasına səbəb olur.
Bununla yanaşı yay aylarında, sintetik paltar geyinməməli və dəridə bakteriyaların inkişafının qarşısını almaq üçün gündə ən azı iki dəfə müntəzəm duş qəbul etməlisiniz.
Ülkər Rəhmanqızı