21
мая
2023
17:06
İnstaqram rəhbərliyi tviterin analoqunun buraxılmasına hazırlaşır
İnstaqramın top-menecerləri yayda tviter ilə rəqabət aparacaq mətn paylaşımları olan yeni sosial şəbəkənin buraxılmasını planlaşdırır. AZƏRTAC "Bloomberg"ə istinadla xəbər verir ki, nəşrlə bağlı məhdudiyyət 500 simvol təşkil edəcək.
Nəşrin məlumatına əsasən, yeni platformanı öncə onun yaradıcıları sınaqdan keçiriblər. Onlar bir neçə ay ərzində gizli olaraq hələ kütləyə açıq olmayan sosial şəbəkədə öz səhifələrindən istifadə ediblər. İndi yeniliyi adları çəkilməyən məşhurlar və nüfuzlu insanlar qiymətləndirir.
Kaliforniya Universitetindən olan sosial marketinq müəllimi Liya Xaberman tviter səhifəsində layihənin təsviri ilə bağlı paylaşım edib. Göründüyü kimi, o, sınaq keçirənlərin siyahısına daxil olub. Xabermanın sözlərinə görə, instaqram artıq 2023-cü ilin iyununda yeni sosial şəbəkənin təqdimatını edə bilər.
Paylaşımda qeyd olunur ki, sosial şəbəkə instaqram əsasında yaradılır və hər iki platformanın hesabları sinxronlaşdırıla bilər, lakin bu ayrıca tətbiq olacaq. Yenilik, həmçinin tviterin Mastodon kimi digər rəqibləri ilə də uyğunlaşdırılacaq.