Xaricdən "Santafe" gətizdirənlərin başına oyun gəldi
Həyat tərzi 178

Xaricdən "Santafe" gətizdirənlərin başına oyun gəldi

Xaricdən avtomobil gətizdirmək istəyənlərə qarşı dələduzluq edilib.
Milli.Az lent.az-a istinadən bildirir ki, xaricdən "Hyundai Santafe" markalı avtomobil gətizdirmək istəyən paytaxt sakinləri dələduzluqla üzləşib. Belə ki, R. Çıraqov onlara kömək edəcəyini deyərək, ümumilikdə 70 min manata yaxın pullarını alıb.
Amma sonradan vədinə xilaf çıxıb.
Aldadıldığını görən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına üz tutublar. R. Çıraqov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə məhkəmə istintaqı davam edir.

Son xəbərlər