Yaz allergiyası ilə necə mübarizə aparmalı?
Sağlam ol 472

Yaz allergiyası ilə necə mübarizə aparmalı?

Yaz aylarnda allergiya daha çox inkşaf mərhələsində olur. Əsas da allergik insanlar buna daha çox məruz qalırlar.
"Medicina" xəbər verir ki, həkim - allerqoloq Marina Suvorova belə insanların bu dövüdə əsasən parklarda, meşə zolaqlarında daha az gəzməli olduqlarını deyib. Həmçinin evdə pəncərələri daha tez – tez açıq qoymalı və otaqların havasını dəyışməlidirlər.
Mütəxəssis qeyd edib ki, ev üçün filtrsiz hava təmizləyicisi almaq daha yaxşıdır. Bundan əlavə, müəyyən bitkilərin çiçəkləmə təqviminə əməl etməli və çiçəkləmə mərkəzlərini göstərən interaktiv xəritələrdən istifadə etməlisiniz.
Əsasən səhər tezdən və quru isti günlərdə çölə çıxmayın. Çünki bu havada tozcuqların maksimum konsentrasiyasının müşahidə olunduğu vaxtdır.
Bundan əlavə, evə qayıtdıqdan sonra duş qəbul etmək və paltar dəyişdirmək lazımdır. Paltarlar yuyulduqdan sonra onları açıq havaya sərmək olmaz. Çünki açıq havada paltarların üzərinə allergik hesab edilən polen maddələrinin düşməsi nəticəsində yenidən allergik reaksiyalara məruz qalmaq olar .
Mütəxəssilər məsləhər görürlər ki, təzə daş meyvələr, qoz-fındıq, otlar və ədviyyatlar, kvas, bal yeməkdən çəkinmək lazımdır. Bir çox bitki qidalarında çarpaz reaksiyalara səbəb olan əlaqəli molekullar var. Eləcə də fitoterapiya (bitkilərlə müalicə) və tərkibində təbii bitki tərkibli kosmetik vasitələrdən istifadə edilməməlidir.

Oxşar xəbərlər

Son xəbərlər