29
марта
2023
14:35
Lüminesent lampaların QORXUNC ZƏRƏRİ: "Hətta ani görmə itkisi belə..." - TİBBİ RƏY
Son zamanlar Lüminesent lampalardan çox istifadə olunur. Bu lampaların hər nə qədər daha az enerji sərf etdiyi deyilsə də, optik sağlamlığa da bir o qədər zərər verir.
Bəs bu lampaların istifadəsi hansı göz xəstəliklərinə səbəb olur? Ümumiyyətlə, hansı işıqlar optik sağlamlığa zərərlidir?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən oftalmoloq Aynurə Əliyeva bildirib ki, sözügedən lampaların göy spektrləri gözə zərərlidir:
“İşıq kütləsinin göy spektri görmə gərginliyi zamanı gözlərin daha tez yorulmasına səbəb olur. Bu da iş qabiliyyətinin keyfiyyəti zəiflədir. Avropa ölkələrində aparılan araşdırmalar zamanı məlum olub ki, göy işıq spektri yaşa bağlı makulodistrofiya (Makulodistrofiya makulanın gözün dibində, torlu qişanın ən funksional, vacib zonanın, makulanın distrofik prosesidir – red) yaşayan və ya bu xəstəliyin risk qrupunda olan şəxslərdə xəstəliyin ortaya çıxmasına, inkişaf sürətinə təsir edir”.
A. Əliyeva qeyd edib ki, səhnə işıqları da gözə zərərlidir:
“Ümumiyyətlə, işığa çox baxmaq gözə ziyandır. Məsələn, səhnədə istifadə olunan proyektorların təsirindən ani görmə itkisi də yarana bilər”.
Şahanə Paşa