Telefonların zəmanət müddəti beş dəfə artırılacaq
Texnologiya 193

Telefonların zəmanət müddəti beş dəfə artırılacaq

Avropa Komissiyası avadanlıqların zəmanətli təmir müddətinin 10 ilə qədər artırılmasını təklif edib. 
May.az xəbər verir ki, bu barədə “ArsTechnica” nəşri məlumat yayıb.
Belə ki, martın 22-də Avropa Komissiyası smartfonlarla bağlı müvafiq təkliflə çıxış edib. Qanun layihəsi Avropa Parlamenti və Şura tərəfindən təsdiqlənərsə, elektronika istehsalçılarını təmir etməyə məcbur edən uzunmüddətli tələblər qəbul ediləcək. Sənədə əsasən, Avropada satılan avadanlıqlara zəmanət müddətinin beş dəfə - 2 ildən 10 ilədək artırılması gözlənilir. 

Rəsmilərin sözlərinə görə, zəmanətli təmirin vaxtı məhsulun növündən asılı olaraq müəyyən olunacaq. Belə ki, smartfonların zəmanət müddətləri 5 ilə, televizorların 7 ilə, paltaryuyan maşınların 10 ilə qədər artırılacaq. 
Avropa Komissiyası bildirib ki, zəmanət xidmətinin artırılması istehlakçıları əlavə xərclərdən xilas edəcək və məişət tullantılarının azaldılmasına kömək edəcək. Ekspertlər hesab edirlər ki, yeni qanun 15 il ərzində tullantıları 3 milyon ton azaldacaq. 

Son xəbərlər