1.Qul əuzu biRabbil fələq. 2.Min şərri ma xələq. 3.Və min şərri ğəsiqin iza vəqəb. 4.Və min şərrin nəffasati fil uqəd, 5.Və min şərri hasidin iza həsəd
Mənası:
1.De: “Sığınıram sübhün Rəbbinə, 2.Yaratdıqlarının şərindən, 3.Qaranlıq çökən gecənin şərindən, 4.Düyünlərə üfürən (cadugər) qadınların şərindən, 5.Və paxıllıq edən paxılın şərindən!
113. əl-Fələq (Sübh) surəsi Məkkədə nazil olmuşdur, 5 ayədir.Surə adını ilk ayəsində yer alan və sabah aydınlığı mənasını verən fələq sözündən almışdır.