Nigardan sonra Samirə Əfəndinin də avtomobilinə HÜCUM ETDİLƏR
Şou-biznes 682

Nigardan sonra Samirə Əfəndinin də avtomobilinə HÜCUM ETDİLƏR

"Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndinin başına iş gəlib.

Bu barədə müğənni sosial media hesabında paylaşım edib. 

"Maşınıma tüpürdü, siqaretini atdı, söydü, mənim şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyicilərimin 70 faizi əcnəbilərdir, amma bunu etmə, onu etmə, buna göz yum, ona göz yum. Artıq bəsdirin! “Bolt” və “Uber”, sürücüləri işə götürəndə nəyə əsaslanırsınız? Sürücülük vəsiqəsi varsa, olar? Məncə kökündən elə sürücülük vəsiqəsi verilmədən əvvəl onlar psixoloji testlərdən keçməlidir. Mənim kimi səbirli insanı səbirsiz, əsəb xəstəsi ediblər. Etdiyim şikayəti nə geri götürərəcəyəm, nə də boş verəcəyəm. Daha bəsdir. Pəncərəni açıb söyüş söymək, tüpürmək, siqaret, zibili çəkib pəncərədən atmaq, hara kimi? Bunlara niyə bu qədər sərbəstlik verilib?! Polislərimizdən xahiş edirəm ki, şikayətim üzrə tədbir görülsün. Bura gəlirsən bir dərd, gedirsən bir dərd. Məncə, qadınlara qarşı bu qədər hörmətsizlik bu qədər şiddət bitsin. Şokdayam" deyə, o paylaşımında yazıb.

Qeyd edək ki, bir müddət əvvəl “Avroviziya 2011” qalibi Nigar Camal da ona hücum edən sürücüdən


Son xəbərlər