02
марта
2023
13:22
"Sayəndə bundan hər zaman məhrum olacağam"
"Əlvida, amansız, murdar, fevral! Doğum günüm fevralda idi. Elə doğum günümü də sonuncu dəfə qeyd etdim və bitdi mənim üçün ad günləri qeyd etmǝk".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz instaqram hesabında yazıb. O, bir neçə gün əvvəl atasını itirməsindən, ad günündən bəhs edərək, fevral ayının ona acı günlər yaşatdığını vurğulayıb:
"Çünki sən mənim həm doğum günümü əlimdən aldın, zatən atamın da sevmədiyi ay idin. Nə oldusa, hamısını bir ayın içində etdin. İndi mənə bir ayın içində daha sevinc yox, ən böyük kədəri verdin. Bir şeyi həmişə biləcəyəm ki, doğum günümdən 1 həftə sonra atamı itirdiyim gün olacaq. Ona görə də sayəndə doğum günümdən də hər zaman məhrum olacağam. Sevmədin aysan təqvimdə".
Qeyd edək ki, Ramiz Novruz uzun sürən xərçəng xəstəliyindən sonra 67 yaşında dünyasını dəyişib.