Vitamin çoxluğu immun sisteminə ziyan ola bilər? - AÇIQLAMA
Sağlam ol 157

Vitamin çoxluğu immun sisteminə ziyan ola bilər? - AÇIQLAMA

"Ümumiyyətlə, immun sistemini tək vitaminlərlə yox, qida rejimi və gündəlik yaşam şəklinə düzgün riayət etməklə də qoruya bilərik. Amma həkim təyinatı olmadan, analiz nəticələri olmadan dərman formasında hər hansı vitamin qəbulu immun sistemini gücləndirmək əvəzinə, əksinə, daha da zəiflədir. Qaş düzəldən yerdə, vurub gözü də çıxarmış oluruq".
Oxu.Az xəbər verir ki bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində immunitet və vitamin çatışmazlığı haqqında danışarkən deyib.
O bildirib ki, orqanizmdə hər şey öz normasında olmalıdır:
"Vitamin azlığı bədən üçün nə qədər zərərlidirsə, vitaminlərin normadan artıq olması da bir o qədər ziyandır. Bu səbəbdən analiz nəticələri olmadan, orqanizmin ehtiyacı olmayan vitaminlərin qəbulu immun sisteminə ziyan vura bilər. Bu səbəbdən birmənalı olaraq vitaminləri ehtiyac oldu-olmadı qəbul etmək tövsiyə edilmir".

Oxşar xəbərlər

Son xəbərlər