"Ərinə denən sənə verdiyimiz 2 min manatı hazırlasın" - "Toppuş bacı"ya növbəti zərbə
Şou-biznes 866

"Ərinə denən sənə verdiyimiz 2 min manatı hazırlasın" - "Toppuş bacı"ya növbəti zərbə

"Ərinə denən sənə verdiyimiz 2 min manatı hazırlasın" - "Toppuş bacı"ya növbəti zərbə


Uzun müddətdir xəstəliyi ilə gündəmdən düşməyən əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yeni xəbərlər yayılıb.

MAY.AZ axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisanın "Bizimləsən" verilişində evinin ipoteka kreditini ödəmək üçün pul toplaması sosial şəbəkədə müzakirələrə səbəb olmuş və qınanılmışdı.

Ötən gün isə T.Əliyevanın beş ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. Həmin vaxt mədəsini kiçiltmək üçün həkimə müraciət edən aktrisaya bunun mümkünsüz olduğu deyilib. Amma buna əhəmiyyət verməyən "Toppuş bacı" bıçaq altına yatıb. Bu ilin avqustunda əməliyyat olunan Tünzalə uşaqlıq yolunda olan bədxassəli şişi kəsdirib. O bildirib ki, şişdən yeni xəbəri olub.

T.Əliyeva bu iddialara qarğışla cavab verib. Onun "Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin” sözləri hər kəs tərəfindən tənqid edilib.

Müğənni Mirkamil Kamilov Tünzalənin açıqlamasını İnstaqram səhifəsində yayımlayaraq bunları yazıb:

"Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın balalarının boğazından kəsilib sizə göndərilən pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə hərəkətlər fikirləşən yoldaşın mütləq bu yazımı oxuyacaq. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulun rahat xərcləyə bilərəm".

Əməkdaşımız T.Əliyeva ilə əlaqə saxlamağa çalışıb. Aktrisa artıq bundan sonra heç bir mediaya açıqlama verməyəcəyini deyərək, telefonu söndürüb.

Qeyd edək ki, bir çox sənət adamı Tünzaləyə maddi dəstək olub. Onlardan biri də xalq artisti Mələkxanım Əyyubova idi. M.Əyyubova Mirkamilin bibisidir.

Son xəbərlər