Kirpiklərinizi bu üsullarla uzadın
Qadın dünyası 902

Kirpiklərinizi bu üsullarla uzadın

Kirpiklərinizi bu üsullarla uzadın



Baxımlı qadınlar adətən qaş və kirpiklərinin uzun və daha gur olmasına çalışırlar.

Bunun üçün xanımlar bir çox vasitələrdən istifadə edirlər. Lakin çoxu qaş və kirpiklərə ev şəraitində də qulluq edilmənin mümkün olduğunu bilmir.

Bunun üçün aşağıdakılara riayət edin və 3 günə nəticəni görün:

1. Kirpik fırçası ilə gündə iki dəfə kipriklərinizi darayın. Çalışın bunu E vitamini ilə edəsiz. Çünki bu vitamin tük tökülmənin qarşısını alır.

2. Balaca pambığın üzərinə zeytun yağı tökün və 4 həftə hər gün kirpiklərinizə sürtün. 5 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu, kirpiklərinizin tez uzanmasına kömək olacaq.

3. Gecə yatmazdan öncə kirpiklərinizə vazelin sürtün. Bu da tüklərin tez uzanmasına köməkdir. Səhər duranda isə kirpiklərinizi ilıq su ilə yuyun.

4. Çalışın, makiyaj edərkən kirpiklərinizə bir müddət heç nə vurmayın.

5. Kirpiklərinizi buran ləvazimatdan istifadə etməyin. O, həm kirpiklərinizi zəiflədir, həm də qırılmasına səbəb olur.

6. Kirpikləriniz və qaşlarınızın daha qalın və gur olmasını istəyirsinizsə, o zaman 1 çay qaşığı Aloe Vera yağı, 2 çay qaşığı Hind yağı və 2 ədəd E vitamini kapsulunu qarışdırın. Qulaq çöpü ilə maskanı həmin nahiyəyə sürtün. Bunu 3 gecə dalbadal edin.(axşam)

Son xəbərlər