27
августа
2018
14:12
Azərbaycanda rus bölməsində yer yoxdur - ŞİKAYƏTLƏR VAR
Azərbaycanın ümumtəhsil məktəblərində rus bölməsində yerlərlə bağlı çatışmazlıqlar müşahidə olunur.
Bununla bağlı oxu.az-ın redaksiyasına çox sayda şikayətlər daxil olub.
Valideynlər rus bölməsinin I sinfində onlara yer ayrılması üçün problemlərinin işıqlandırılmasını xahiş edirlər.
Həqiqətən də, övladlarını birinci sinfə qoyan onlarla valideyn bu problemlə qarşılaşıb.
Oxşar problemlə bağlı fikirlərini “Facebook” istifadəçisi Gülnarə Məmmədova da bölüşüb. O deyib ki, Ceyranbatan qəsəbəsində yaşayır.
Onun evinin yanında rus bölməsinin olduğu ancaq bir məktəb var. Onun qızı Rusiyada doğulduğu üçün sənədlərlə bağlı müəyyən problemləri olub. Bu səbəbdən valideynlər uşaqlarını məktəbəqədər hazırlıq qrupuna qoya bilməyiblər.
2018-ci il martın 14-dən uşaq birinci sinif üçün onlayn qeydiyyatdan keçib. Valideyn lazım olan məktəbi sinifdə limit dolduğu üçün seçə bilməyib.
Doğrudur, onun statusu sosial şəbəkə istifadəçiləri arasında maraq yaratdıqdan sonra Məmmədovanın problemi həll olunub.
Ancaq yüzlərlə valideyn hələ də övladlarını rus bölməsinə yerləşdirə bilməyiblər.
Məktəblərdən bildirilib ki, təhsil sistemində rus bölməsi üçün müəllimlər çatışmır.