22
августа
2018
14:26
Yunanıstandan Türkiyəni ayağa qaldıracaq QƏRAR
Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən, habelə FETÖ təşkilatı ilə əlaqəsi olduğu iddia edilən fərari əsgərlərə Yunanıstanda sığınacaq hüququnun verilməsi iki ölkə arasında gərginliyi artırıb.
MAY.AZ publika.az-a istinadən xəbər verir ki, Yunanıstan məhkəməsi fərari əsgər Süleyman Özkaynakçı üçün verilən sığınacaq hüququna Türkiyənin etirazlarına rəğmən yekun qərarını açıqlayıb. Yekun qərara əsasən, Türkiyə hökumətinin etirazı rədd edilib, həmin əsgərin sığınacaq hüququ tanınıb.
Cenevrə Konvensiyasına istinadla alınan qərarda, Özkaynakçının dövlət çevrilişi təşəbbüsünə qoşulduğuna və Fətullahçı Terror Təşkilatının üzvü (FETÖ) olduğuna dair kifayət qədər dəlil olmadığı irəli sürülüb. Qərarın ardından Özkaynakçı üçün səyahət sənədi təmin ediləcək.
Yunanıstan mətbuatının yaydığı xəbərə görə, hərbi bölgədə qorunma altında olan əsgərlərdən daha 3-nün sığınacaq hüququ Yunan Sığınacaq İdarəsi tərəfindən tanınıb.