Əliaçıq, pul xərcləyən kişini necə tanımaq olar?
Qadın dünyası 205

Əliaçıq, pul xərcləyən kişini necə tanımaq olar?

Psixoloqlar bir çox qadınların arzusu olan əliaçıq, pul xərcləyən kişini necə təyin etməyin yolunu tapıb.
"Bakupost" xəbər verir ki, Hormones and Behavior psixoloji dərgisində çap olunan elmi nəticəyə görə, orqanizmdə testosteronun səviyyəsi kişilərdə narsisizmlə yanaşı, əliaçıqlığa da təsir edir.
Polşa alimlərinin apardıqları eksperimentdə 151 kişini iştirak edib. Bütün iştirakçılardan testosteron analizi götürülüb, eləcə də psixoloji test aparılıb. Bundan sonra iştirakçılar bir oyunda iştirak ediblər. Onlar hər hansı əşyaları özləri və tanımadıqları adamlar arasında paylaşıblar.
Nəticələrə görə, yüksək testosteron kişilərdə narsist elementlərini azaldır, onları daha etibarlı, əliaçıq və az eqoist edir.
Amma narsizmi də, testosteronu da yüksək olan kişilər daha ürəyiaçıq və pul xərcləyəndir.
Lakin belə psixoloji tiplər də qadınlar üçün təhlükəlidir. Belə ki, qadınlar çox pul xərcləyən kişi axtararkən narsistlərin qurbanı ola bilərlər.

Son xəbərlər