Воскресенье
июл 29

Evdən qaçan 13 yaşlı qızı zorlayıb, öldürdülər - FOTO

Evdən qaçan 13 yaşlı qızı zorlayıb, öldürdülər - FOTO


İngiltərənin Southempton şəhərindəki idman mərkəzinin yaxınlığından 13 yaşlı qız cəsədi tapılıb.

Hempşir polisinin verdiyi məlumata görə, Lusi Mkhyu (Lucy McHugh) adlı 13 yaşlı qızın cəsədi səhər saat 7-də idman mərkəzinin yaxınlığındakı meşəlikdən tapılıb.

Çərşənbə axşamı günündə evdən çıxan qız iki gündür axtarışda idi.

Ötən gün onun ölümü ilə əlaqədar 24 yaşlı şübhəli saxlanılıb.

Qıza təcavüz edildiyi məlum olub.

Araşdırmalar davam etdirilir.

milli.az

Комментарии (0)

Оставить комментарий