Ermənilərdən daha bir vandallıq: Milli Qəhrəmanımızın qəbirini dağıdıb, məzar daşını qırıb Xankəndi
Xeberler 700

Ermənilərdən daha bir vandallıq: Milli Qəhrəmanımızın qəbirini dağıdıb, məzar daşını qırıb Xankəndi

Ermənilərdən daha bir vandallıq: Milli Qəhrəmanımızın qəbirini dağıdıb, məzar daşını qırıb Xankəndi


Ermənilər Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını
dağıdıb. Fakt ermənilər tərəfindən Youtube.com sosial şəbəkəsində
paylaşılan videomaterialın yayımı ilə üzə çıxıb. Xatırladaq ki, Ağdam
şəhərinin işğalından sonra buradakı bütün qəbirstanlıqlar vandalizmə məruz
qalsa da, Allahverdi Bağırovun məzarı onun gənclik dostu, əslən Gəncədən
olan Razmik Petrosyan tərəfindən qorunub saxlanırdı. Maraqlı sual ondan
ibarətdir ki, Allahverdi Bağırov üçün baş daşı kim tərəfindən və nə vaxt
qoyulmuşdu?

Sözügedən videodan görünür ki, ermənilər Azərbaycan Milli Qəhrəmanının
məzar daşını Ağdamda yerlə yeksan edilmiş Şəhidlər Xiyabanından
Xankəndinə daşıyaraq şəhərin mərkəzi meydanında yüzlərlə şəhər
sakininin gözü önündə kuvaldla dağıdırlar.

Mənbə: milli.az

Son xəbərlər