Əziyyətsiz arıqlamaq üçün 7 QAYDA
Maraqlı ve Meslehetli 200

Əziyyətsiz arıqlamaq üçün 7 QAYDA

Artıq çəki bir çoxlarının kabusuna çevrilib, lakin bəzi qaydalar var ki, onlara əməl etsəniz, aclıq, pis əhval-ruhiyyə, yorucu məşqlər və halsızlıq geridə qalacaq.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, fitness məşqçisi Lionella Voznyak əziyyət çəkmədən arıqlamaq üçün məsləhətlərini verib.
Onun 7 tövsiyəsini təqdim edirik:

1.Real hədəflər qoyun. Həftədə 10 kq atmağa çalışmayın və belə edənlərə qulaq asmayın. Heç nə alınmayacaq. Yalnız kefiniz pozulacaq, məyus olacaqsınız və dözməyib pəhrizinizi pozacaqsınız.
2. Yetərincə su için. Bu, çox asandır. Gün ərzində sulu yeməklər və içkilərdən əlavə, 1,5-2 litr su için. Bu yolla orqanizminizdən artıq, zərərli maddələr yuyulacaq və həyatınız daha da yüngülləşəcək.
3. Gün ərzində daha aktiv olun. Hərəkətdə olmaq pəhriz saxlamaqdan daha önəmlidir. Fürsət olan kimi, sadə idman hərəkətləri edin, piyada gəzin.
4. Qida rasionunuzu öncədən planlayın. Özünüzə gündəlik menyu hazırlaya bilərsiniz. Bu, bilik artırmaq cəhətindən də maraqlı və faydalı ola bilər: məhsulların tərkibini, maddələrin orqanizmə təsirini öyrənə bilərsiniz.
5. Daha çox tərəvəz yeyin. Tərəvəzlər artıq çəki ilə mübarizədə insanın əsas dostlarıdır. Çünki onlar dadlı və faydalı olmaqla yanaşı, kökəldən bir çox məhsulları əvəz edə bilər.
6. Doyunca yatın. Artıq çəki ilə mübarizədə güc tələb olunur.
7. Özünüzə hər hansı bir yeməyə qarşı qadağa qoymayın. Üzərinə xətt çəkməli olduğunuz məhsul yoxdur. Hər şeydən qədərində və kiçik porslarla yeyə bilərsiniz.

Son xəbərlər