29
июля
2018
14:40
Şadlıq evləri ilə bağlı ciddi tədbirlər görüləcək, sanksiya tətbiq ediləcək – VİDEO
Atmosferi çirkləndirən şadlıq sarayları barəsində qəti tədbirlər görüləcək. Bir müddət əvvəl ictimai-iaşə obyektləri, şadlıq evləri, restoran sahiblərinə xəbərdarlıq edilib və vaxt verilib. Artıq həmin vaxt başa çatıb.
Bu gündən atmosferi çirkləndirən restoran sahibləri cəzalandırılacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl ictimai iaşə obyektləri, şadlıq evləri, restoran sahiblərinə xəbərdarlıq edib. Xəbərdarlıqda atmosferə atılan tüstü axınına görə obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması üçün vaxt verilib. Buna baxmayaraq, bəzi obyekt sahibləri xəbərdarlığa məhəl qoymayıb. Qərara məhəl qoymayanlar sırasında tanınan şadlıq sarayları da var. Artıq bu obyektlərin adları da bəllidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, atmosferi çirkləndirənlərlə mübarizə gələcəkdə daha da sərtləşdiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
\\Xezerxeber