^
U

Alimlər görmə qabiliyyətinin itirilməsinin qarşısını almağın üsulunu tapıblar


Londonun İmperiya və Universitet kolleclərinin tədqiqatçıları kurkumin maddəsinin orqanizmə yeridilməsinin yeni üsulunu işləyib hazırlayıblar. Alimlərin fikrincə, bu üsul qlaukomanın erkən mərhələdə səmərəli diaqnozlaşdırılmasına və müalicə olunmasına kömək edəcək.

MAY.AZ AZƏRTAC-a istinadən bildirir ki, sarıkökün tərkibindəki bu piqment gözün tor qişasının sinir hüceyrələrini zədələnmədən qoruyur. Əvvəllər tədqiqatçılar hesab edirdilər ki, kurkumini yalnız həb şəklində qəbul etmək olar. Amma bu üsul bir o qədər də səmərəli deyildir, çünki kurkumin qanda yaxşı həll olmur. Bu maddənin yetərincə dozasını əldə etmək üçün insan gündə 24 həb qəbul etməlidir ki, bu da həzm prosesində problemlər yaradır.

Alimlər "nanodaşıyıcı" işləyib hazırlamaqla bu problemi həll ediblər. Nanodaşıyıcının tərkibindəki kurkumin sağlamlıq üçün zərərsiz olan və göz damcılarında istifadə olunan səthi-aktiv maddənin içindədir.

Mütəxəssislər bildirirlər ki, yeni metod kurkuminin keçiriciliyini 400 min dəfə artırır və maddəni göz toxumalarında səmərəli şəkildə lokallaşdırmağa imkan verir. Qlaukomadan əziyyət çəkən siçovullar üzərində aparılan təcrübələr göstərib ki, damcı dərmanından istifadə olunması tor qişasının deqradasiya sürətini azaldır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: --- Oxunub: 667 Tarix: 27-07-2018, 20:27
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az