24
июля
2018
17:53
Bu uşağın bir başı iki üzü var
İnkişaf edə bilməyən əkiz qardaş başın deformasiyaya uğramasına səbəb olub
İndoneziyada yeni doğulan körpə bütün həkimləri şoka salıb. Belə ki, körpənin iki üzü var. Gilan Endika adlı oğlan uşağı Batam şəhərində anadan olub.
Uşağın üzündən başqa bütün orqanları normal şəkildədir. Onun iki əli, iki ayağı, bir başı var. Lakin ana bətnində əkiz qardaşı tam inkişaf edə bilmədiyi üçün başı deformasiyaya uğrayıb. Belə hal 250 mində bir ola bilir.
Həkimlərin sözlərinə görə, başda olan deformasiya köpənin həyatını riskə atır. Belə ki, onun başına maye toplanır. Tibb mütəxəssisləri ailələyə heç cür kömək edə bilməyəcklərini bildiriblər.
Gilanın anasının sözlərinə görə, hamiləliyi boyu hər hansı problemin olacağından xəbərsiz olub. O, dəfələrlə ultrasəs müayinəsində olsa da, heç bir anormallıq müşahidə etməyiblər.