22
июля
2018
20:35
Qulağınız cingildəyir? - SƏBƏBLƏR
Qulaq cingildəyəndə "kimsə məndən danışır" deyirik. Bəs qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?
MAY.AZ lent.az-a istinadən qulaq cingildəməsinin altında yatan təhlükələri təqdim edir.
Anevrizma
Damarlarda yaranan genişlənməylə əlaqəli olaraq biilinən anevrizma xüsusən baş beyin bölgəsindədirsə, qulaq cingiltisinə yol açır.
Şişlər
Eşitmə siniri qulaqdan qəbul edilən səsi beyinə ötürən sinirdir. Eşitmə sinirindən qaynaqlanan şiş əsasən təktərəfli cingiltiyə yol açır. Sürətli hal alan, keçməyən və anidən ortaya çıxmış təktərəfli cingildəmənin üstündə durmaq lazımdır. Bu, həm də eşitmə itkisi və baş gicəllənməylə bir arada yaşana bilər.
Metabolik xəstəliklər
İnsanda şəkər xəstəliyi varsa, təzyiqində ani enmə-qalxmalar görülürsə, xolesterol yüksəkliyi, tiroid xəstəliyi varsa, müalicə edilməli olan bu xəstəliklər qulaq cingildəməsinə yol açır.
Qulaq infeksiyası
Hər cür qulaq infeksiyası, xarici qulaq, daxili qulaq infeksiyası qulaq cingildəməsinə yol açır. Hətta adi qulaq kiri belə qulaq cingildəməsinə yol aça bilər.
Qulaq pərdəsində yırtıq
Qulaq pərdəsində infeksiya, ya da yüksək səs ucbatından yırtılma baş verə bilər. Qulaq pərdəsində yırtılma cingiltiyə yol açır.
Orta qulaqda maye toplanması
Bunlar yuxarı tənəffüs yolu infeksiyaları, təyyarə ilə səyahət, üzdükdən sonra, ya da kiçik uşaqlarda burundakı artıq ətlə bağlı səbəblərdən yarana bilər.
Orta qulaqdakı maye infeksiyaya çevrilə bilər, ya da infeksiya nəticəsində maye toplanır.
Dərmanlar səbəb ola bilər
İnsanlar bir yeri ağrıdığında tez dərmanlara əl atırlar. Ancaq bu, yanlışdır. Asprin, revmatizm dərmanları, antibiotiklər, sakitləşdirici dərmanlar, psixiatrik dərmanlar qulaq cingildəməsinə yol açır.
Allergik rinit
Burunda tıxanıqlıq, axıntı qulaqda tıxanıqlığa səbəb olur. Bu da qulaq cingildəməsinə yol açır.
Səbəbsiz cingildəmə
Səbəbsiz cingildəmə halında yüksək səsdən qorunmaq, LOR həkimi ilə məsləhətləşmək, duzu azaltmaq, siqaret, qəhvə, spirtli içkidən uzaq durmaq, gündəlik hərəkətlərlə qulağa gedən qan axınını artırmaq, dincəlmək, stressdən uzaq durmaq, çox yorulmamaq və bu cingilti səsindən narahat olmamaq lazımdır.