15
ноября
2022
18:25
Saçınız tökülürsə... - Ağlınıza gəlməyəcək HƏLL YOLU
Günümüzdə bir çox qadınların şikayətləndiyi problem saç tökülməsi ilə bağlıdır. Bəzi bitki tərkibli şampunların üzərinə "100% təbiidir", "saç tökülməsinə qarşı" sözləri yazılsa da, bir çox hallarda faydasız olur. Çünki 3-4 cür kimyəvi köpükləndiricilər və həlledicilər sayəsində başın dərisi ilə tük follikullarının qan dövranı arasında əlaqə qırılır. Nəticədə, saçlar daha da çox tökülür.
Bəs bunun qarşısını almağın yolu varmı? Təbii üsullarla saç tökülməsini necə azaltmaq olar?
BiG.AZ xəbər verir ki, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu verilişlərin birində danışıb.
O, ilk növbədə, saç tökülməsinin səbəblərinin araşdırılmasının zəruriliyini vurğulayıb.
Həkimin sözlərinə görə, bu, insanlarda fərdi proses səbəbindən, qan azlığı, dəmir çatışmazlığı, daxili orqanlardakı problemlər nəticəsində baş verə bilər.
Saçın inkişafı üçün lazım olan mineral və vitaminlər çatışmazlığından saç tökülürsə, sink və selen tərkibli buğdanın cücərtisini istifadə etmək məsləhətdir. Bəzi bölgələrdə Novruz bayramında bişirilən səməni halvası bu səbəbdən çox faydalıdır.
Oxucuları buğda cücərtisi barədə daha ətraflı məlumatlandırmaq istəyirik.
Buğda cücərtisinin faydaları
1. Buğda cücərtisinin tərkibində insan orqanizmində sintez olunmayan, lakin saysız faydası olan 10 əvəzolunmaz amin turşusu var.
2. B qrupu vitaminləri ilə zəngindir. Bu vitamin sayəsində həzm, ürək-damar, sinir sistemi normal fəaliyyət göstərir.
3. Potensiyanı artırır və əlavə enerji verir.
4. Xüsusilə qanazlığı, artroz, ateroskleroz, piylənmədən əziyyət çəkənlər üçün faydalıdır.
5. Mütəmadi istifadə etməklə şəkərli diabetdən qorunmaq olar.
6. Orqanizmi möhkəmləndirir, bədən tonusunu artırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
7. Tərkibində dərini gənc saxlayan və onun sağlığını təmin edən E vitamini də var.
Buğda cücərtisinin hazırlanma qaydası
Buğda təmizlənib yuyulur, boşqaba 1 qat sərilib üzərinə çıxana qədər su tökülür, üzəri nazik salfet qatı ilə örtülüb pəncərə kənarına qoyulur. Cücərtilərin uzunluğu 1-2 sm olduqda aralarında cücərməyənlər seçilib atılır, yerdə qalanlar axar su altında yuyulub blenderdən keçirilir. Xırdalanmış buğda cücərtisi ağzı bağlı şəkildə soyuducuda 4 gündən artıq olmamaq şərtilə saxlana bilər.
Buğda cücərtisinin istifadə qaydası
Profilaktik məqsədlə istifadə edildikdə hər gün səhərlər acqarına 1/4 çay qaşığı qəbul etmək olar.
Cücərti yaxşı çeynənməli, cücərti süd və süd məhsulları ilə yeyilməməli, aktiv mədə xorasından əziyyət çəkənlərə və qlütenə qarşı allergiyası olanlara da olmaz.
Buğda cücərtisindən məcunun hazırlama qaydası
Buğda cücərtisi və ya rüşeymindən məcun hazırlayıb istifadə etdikdə orqanizm mütəmadi xəstəliklərə qarşı dözümlü olur.
Buğda cücərtisi toz halına salınır 100 q
Çörəkotu toxumu tozu 100 q
Darçın 50 q
Jenşen 30 q
Çiçək tozu 100 q
Zəncəfil 20 q
Arı südü 10 q
Bal 800 q
Qarışdırıb, gündə 2-3 dəfə bir çay qaşığı daxilə qəbul edilir.