09
ноября
2022
23:44
"Rəşad 6 aydır narkomaniyaya qarşı mübarizə aparırdı"
Xəbər verdiyimiz kimi, Rəşad Dağlı qonşusunu bıçaqlayaraq cinayət hadisəsi törədib.
Axşam.az xəbər verir ki, sənətçi 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. İddiaya görə mübahisəyə səbəb Rəşadın narkotik maddə ilə bağlı dediyi meyxana olub. Məsələ ilə bağlı prodüser Ataş Hüseyn "Təsir dairəsi" verilişində münasibət bildirib:
"Mən bilmirəm ki, bu meyxanadan söhbət gedir ya yox. Amma Rəşad son 5-6 aydır qarşısına məqsəd qoymuşdu, narkomaniyaya qarşı mübarizə aparırdı.
Onu illərdir tanıyıram, bir məhəllənin adamıyıq. Sənətindən əlavə çox gözəl insandır, adam öldürən biri deyil. Polis bölməsinə yanına getmişdim, buraxmadılar. Gör necə bir vəziyyət yaranıb ki, Rəşad onu vurmaq məcburiyyətində qalıb. Yəqin ki, Rəşad özünü müdafiə edib. Mən belə başa düşürəm. Belə fikirləşirəm ki, onu təhqir edib. Rəşad onunla görüşə tək gedib, istəyib başa salsın. Yəqin maşında təhqirləri artırıb, hətta ola bilər ki, bıçaq çıxarıb. O bıçaqla da əlbəyaxa olublar. Başqa cür ola bilməz. Mən onu tanıdığım qədər heç qohumları tanımır. Rəşad ciddi adamdır, söz götürməz. Çox sakit adam idi, efirlərə çıxmırdı ki, qalmaqaldan uzaq olsun. Bu adamı necə bir vəziyyətə gətiriblər ki, belə hadisə baş verib".