Portağal qabığının 5 möcüzə faydası
Maraqlı ve Meslehetli 208

Portağal qabığının 5 möcüzə faydası

Hər mövsümdə əldə edə biləcəyiniz portağalın təkcə özü yox,qabıqları da faydaıldır.
"Medicina" xəbər verir ki, portağalı yedikdən sonra qabıqlarını atmayıb, bu məqsədlər üçün istifadə edə bilərsiz.
- Dəriyə tətbiqi - cavanlaşdırır, ağardır. Qabıqlarda orqanik turşular və C vitamini olduğu üçün dərini tonizə edir, qidalandırır, ağardır, təravətləndirir. Qabıqları rəndələyib onlardan üz və boyun üçün maskalar edə bilərsiz.
- Dişlərin ağardılması - qabıqların iç hissəsi diş minasını ağardır, tünd ləkələri aparır. Qabıqların ağ hissəsi ilə dişlərinizi sürtün
- Arıqlamağa kömək edir - qabıqlarda olan efir yağları iştahı azaldır, maddələr mübadiləsini sürətləndirir. Qabıqlardan çay, dəmləmə hazırlayıb içə bilərsiz. Gündə 2 stəkan dəmləməsi metobolizmi sürətləndirir.
- Ürək-damar sistemini möhkəmlədir. Qabıqlarda olan pektin xolesterini azaldır, təzyiqi salır.

Son xəbərlər