Xərçənglə bağlı ŞAD XƏBƏR: Yaxın gələcəkdə...
Sağlam ol 237

Xərçənglə bağlı ŞAD XƏBƏR: Yaxın gələcəkdə...

ABŞ-ın Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, dezinfeksiyaedici xlorheksid qlükonat sümük şişlərinin cərrahi müalicəsi zamanı xərçəng hüceyrələrini öldürməkdə təsirli olur.
Tədqiqat "The Journal of Bone & Joint Surgery" jurnalında dərc olunub.
Alimlər əməliyyatdan sonra nəhəng hüceyrəli şişləri aradan qaldırmaq üçün istifadə edilən bir neçə məhlulun, o cümlədən etanol, povidon-yod, hidrogen peroksid və steril suların effektivliyini qiymətləndiriblər. Məlum olub ki, xlorheksid qlükonatın 0,05 %-li məhlulu çox effektlidir və müalicə müddəti (iki və ya beş dəqiqə) onun xərçəng hüceyrələrinə toksikliyinə təsir etmir.
Sümük xərçəngi olan bəzi xəstələr intralezyonel küretaj adlanan cərrahi əməliyyatdan keçirlər. Bu prosedur zamanı, mümkün qədər çox sağlam sümük qorunur, şiş əzilir. Əməliyyatın sonunda, təsirə məruz qalmış nahiyə, qalan xərçəng hüceyrələrini öldürmək üçün kimyəvi məhlul ilə müalicə olunur. Bu, şişin təkrarlanmasının qarşısını almaq üçün lazımdır.
Xlorheksidin geniş istifadə olunan, ucuz və bir çox tədqiqatlarda təhlükəsiz olduğu sübut edilmiş tanınmış dezinfeksiyaedicidir. Tədqiqatçılar əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar./report

Son xəbərlər