Boğazınız ağrıyırsa, bunları edin
Sağlam ol 225

Boğazınız ağrıyırsa, bunları edin

Havalar soyuduqca orqanizm viruslara qarşı mübarizədə zəifləyir. Bu da müxtəlik xəstəliklərə səbəb olur. Bunlardan biri də xəstələnmədən belə boğaz ağrılarının olması, ağız boşluğunda yaraların əmələ gəlməsidir.
Axşam.az ev şəraitində boğaz ağrılarından qurtulmağa imkan verən təbii üsulları təqdim edir.
Bal
Bal boğaz ağrısını, öskürəyi aradan qaldırmaqda təsirlidir. Həmçinin boğaz və ağız yaralarının sağalma prosesini sürətləndirir.
Duzlu su
Bir stəkan ilıq suya bir çay qaşığı duz əlavə edib qarqara edin. Bu, boğaz və ağızdakı mikrobları azaldaraq sağalma müddətini tezləşdirəcəkdir.
Çobanyastığı çayı
Çobanyastığı çayı boğazın selikli qişasındakı hüceyrələrin yenilənməsinə kömək edir. İltihab əleyhinə və antioksidant xüsusiyyətləri sayəsində boğaz ağrısı, öskürək və badamcıq şişməsi kimi soyuqdəymə əlamətlərinin müalicəsində təsirlidir.Həmçinin, nanə və ya ada çayı da içmək mümkündür.
Qabartma tozu
Bir stəkan ilıq suya 1/4 çay qaşığı soda əlavə edib qarqara edin. Bu, boğaz ağrısını aradan qaldıracaqdır. Bu qarışıma az miqdarda duz əlavə etmək də təsirini artırır. Qarqaradan sonra ağız təmiz su ilə yaxalanmalıdır.
Şüyüd
İltihab əleyhinə və bəlğəmgətirici təsiri olan şüyüdü dəmləyib içmək boğaz ağrısı və öskürəyi yox edəcək.
Alma sirkəsi
Antibakterial xüsusiyyətə malik olan alma sirkəsi turşu quruluşu sayəsində boğazdakı bəlğəmin parçalanmasına kömək edir və beləliklə bakteriyaların yayılmasının qarşısını alır. Bir stəkan suya 1-2 xörək qaşığı alma sirkəsi əlavə edib 2 saatdan bir qarqara edin.
Sarımsaq
Təzə sarımsağı yeməklərə əlavə etməklə istehlak etmək olar, həmçinin sarımsağı birbaşa yemək də ağrını sakitləşdirəcəkdir.
Acı bibər
Ağrı kəsici xüsusiyyəti olan acı bibəri tək və ya ilıq su, bal ilə qarışdıraraq içmək boğaz ağrısının, öskürəyin şiddətini azaldacaqdır.

Son xəbərlər