Adnan Oktar məktəbli qızları belə aldadırmış - Şok səs yazısı yayıldı
Xeberler 626

Adnan Oktar məktəbli qızları belə aldadırmış - Şok səs yazısı yayıldı

Adnan Oktar məktəbli qızları belə aldadırmış - Şok səs yazısı yayıldı


Türkiyədə saxlanılan, özünü din xadimi kimi təqdim edən Adnan Oktar barəsində açılmış cinayət işində yeni detallar ortaya çıxıb.

MAY.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbul polisi 106 qadın olmaqlar 235 nəfərin tutulması ilə bağlı əməliyyatlara başlayıb.

Əməliyyatda Oktar Babuna, Didəm Ürər, Manken Gökhan Barlan daxil olmaqla 190 nəfər həbs edilib. Cinayət işində “cinsi istismar”, “uşaqların qaçırılması” və “uşaqlara qarşı cinsi istismar” kimi iddialar yer alıb.

Araşdırmalar zamanı hazırlıq kursunda müəllim işləyən Diləm Koknar 16-17 yaşında olan şagirdi təriqətçilərə necə satması ilə bağlı səsyazısı ortaya çıxıb. Həmin səsyazısında müəllim kursda açıq-saçıq geyinən bir qızın olduğunu vurğulayır. Onu rahatçılıqla kiməsə sata biləcəyini söyləyir: “Onun geyimini atası da dəstəkləyir. Görüşdürəcəyimiz oğlanı axşam kursun qarşısına göndər. Kursdan çıxanda onları görüşdürək”.

Oxşar xəbərlər

Son xəbərlər