24
октября
2022
20:05
Hindistanlılar lampalarla Ginnesin Rekordlar Kitabına düşdülər - VİDEO
Hindistanın Ayodhya şəhərindəki müqəddəs Saryu çayında 1,5 milyondan çox lampa eyni anda yandırılıb. Bununla da Ginnesin Rekordlar Kitabına daxil edilmiş yeni dünya rekordu qeydə alınıb.
Rekord üç gün ərzində hazırlanıb.
Mərasimdə ölkənin Baş naziri Narendra Modi, həmçinin Uttar-Pradeş hökumətinin rəsmiləri də iştirak ediblər.
Rekordlar Kitabının nümayəndələri yalnız ən azı beş dəqiqə yanan lampaları nəzərə alıblar.
Xatırladaq ki, əvvəlki rekord da 2021-ci ildə Ayodhyada qeydə alınıb, o zaman 940 000-dən çox diya lampası çaya buraxılıb.
Hind bayramı Divali ərəfəsində belə lampaların təntənəli şəkildə yandırılması Ayodhyada artıq ənənə halını alıb. Bu şəhər inanclı hindlilər üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Hindistan dastanlarından birinin baş qəhrəmanı olan Rama orada anadan olub.
Diya (Dipa da deyilir - red.) Divali ərəfəsində dulusçular tərəfindən kütləvi istehsal olunan kiçik neft lampalarıdır.
İnanca görə, onların alovu bütün il ərzində pis ruhları kəndlərdən və şəhərlərdən qovmalıdır. (Oxu.az)