30
сентября
2022
12:49
"Ona elə dünən yazmışdım..." - Aygün Kazımova + Video
Xəbər verdiyimiz kimi, ötən gün vəfat edən müğənni Rəhim Rəhimli ilə vida mərasimi keçirilir.
"Qafqazinfo"nun məlumatına görə, bəstəkar-müğənni ilə vidalaşmağa gələnlər arasında Xalq artisti Aygün Kazımova da var.
O, Rəhimlə bağlı xatirələrini bölüşüb: "Gözəl arzuları var idi. Gözəl layihələr planlaşdırmışdıq, bərabər duet də oxumuşduq. Ondan təzə mahnı da aldım. Gözəl formada idi, arıqlamışdı. Deyirdi necəyəm, yaxşıyam? İmicimi dəyişmişəm, başqa cür olmuşam...
Ürəyində arzularla getdi. Çox böyük arzuları var idi yaradıcılıqla bağlı..."
A. Kazımova onunla sonuncu görüşündən də danışıb: "Dünən yazdım ona. Hər gün yazışırdım. Yazmayanda bilirdim ki, məşğuldur. İki-üç gün əvvəl tədbirdə bərabər idik. O, elə-belə dərdini bölüşən insan deyildi. Ayağı sınmışdı, axıra qədər müalicə də almamışdı. Ona görə də ayağı şişirdi. Ancaq ən yaxın dostları ilə dərdini bölüşürdü. Rəhim şou-biznesdə ən yaxın sirdaşım idi. Hər şeyi ona danışırdım. Arxadan zərbəni bir ondan gözləmirdim. Başımız sağ olsun, belə bir sənətkarımızı itirdik.."