10
июля
2018
09:17
“bakcell.az” domeni uğrunda mübarizə başladı
“Bakcell” şirkəti 20 manatı ödəmədi”.
“Bakcell LTD” MMC “Network Technologies” şirkəti qarşısında “bakcell.az” domeninin “Bakcell LTD” -nin adına keçirilməsi barədə iddia qaldırıb.
MAY.AZ Femida.az-a istinadən xəbər verir ki, “Bakcell.az” domeninin hazırkı sahibi Qalib Musayevin bildirdiyinə görə, domenin onun əlindən alınması haqsızlıq olardı:
“Hazırda “Network Technologies” şirkəti tərəfindən mənə məxsus “bakcell.az” saytına blok qoyulub. Mənə dedilər ki, məhkəmənin qərarını gözlə”.
Məlumata görə, əslində “bakcell.az” domeni “Bakcell LTD” MMC şirkətinin qeydiyyatında olub. Lakin “Bakcell LTD” bu domenə görə “Network Technologies” şirkətinə illik texniki xidmətə görə ödəməli olduğu 20 manatı ödəməyib. Hətta “Network Technologies” şirkəti buna görə “Bakcell LTD” MMC-yə dəfələrlə xəbərdarlıq da edib. Lakin “Bakcell LTD” MMC 20 manatı ödəməyib.
Uzunmüddətli xəbərdarlıqdan sonra ”Network Technologies” şirkəti “bakcell.az” domenini satışa çıxarıb. Bu zaman Qalib Musayev adlı Bərdə şəhər sakini o domeni alıb və hazırda domen onun adınadır.