Əmək Məcəlləsinin ilk Elmi-Praktik Kommentariyası işıq üzü görüb
Cəmiyyət 904

Əmək Məcəlləsinin ilk Elmi-Praktik Kommentariyası işıq üzü görüb

Əmək Məcəlləsinin ilk Elmi-Praktik Kommentariyası işıq üzü görüb


Bu günlərdə Azərbaycan Respublikasının hüquq tarixində onun əmək sahəsi üzrə məcəllələşdirilmiş aktının ilk əhatəli elmi-praktik kommentariyası oxuculara təqdim edilib.

May.Az xəbər verir ki, kitab Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Alış Qasımovun müəllifliyi və məsul redaktorluğu ilə hazırlanıb.

Kitabın müəlliflər kollektivinin rəhbəri və məsul redaktoru Alış Qasımov kommentariyanı Vəkillər Kollegiyasının sədri Anar Bağırova təqdim edib, kitabın elmi-praktiki əhəmiyyəti, onun müxtəlif sahələrdən olan hüquqşünasların istifadəsi üçün yararlı olması barədə məlumat verib.

O bildirib ki, bu kommentariya öz qarşısına 1 fevral 1999-cu il tarixli Əmək Məcəlləsinin müddəalarını açıqlamaq, onların elmi-praktik şərhini vermək, həmin müddəaların təcrübədə düzgün tətbiqinə yardım göstərmək, əmək münasibətləri sahəsində fikir ayrılıqlarının və mübahisələrin azalmasına, əmək müqaviləsi tərəflərinə ədalətlə və qanunun ruhuna uyğun şəkildə hərəkət etməkdə kömək göstərmək məqsədi daşıyır.

Daha sonra, Vəkillər Kollegiyasının sədri Anar Bağırov Əmək Məcəlləsinin Elmi-Praktik Kommentariyasından ali təhsil müəssisələrinin hüquq fakültələrinin bakalavrları, magistrləri, doktorantları, müəllimlərinin, vəkillərin, eləcə də hakimlərin bəhrələnə biləcəyini qeyd etmiş və bildirib ki, kitab Vəkillər Kollegiyası tərəfindən elmi-praktiki vəsait kimi bütün vəkillərə tövsiyə olunacaq.

Sonda Vəkillər Kollegiyasının sədri Anar Bağırov kommentariyanın müəllifinə ərsəyə gətirdiyi dəyərli vəsaitə görə öz təşəkkürünü bildirmiş, ona peşə fəaliyyətində uğurlar diləyib.

Son xəbərlər