6 yaşlı uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq
Sosial 808

6 yaşlı uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq

6 yaşlı uşaqlar I sinfə müsabiqəsiz qəbul olunacaq


"Növbəti tədris ilindən 6 yaşı tamam olan uşaqlar I sinfə müsabiqəsiz qəbul oluna biləcəklər".

MAY.AZ-ın apa-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların I sinfə qəbul edilməsi ilə bağlıdır: "Bu, o demək deyil ki, bu yaşda olan uşaqların hamısı kütləvi şəkildə I sinfə qəbul olunacaqlar. Yalnız valideyn istədikdə bu baş verəcək".

F.Qədirov bildirib ki, "Təhsil haqqında” qanununa edilmiş dəyişikliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.
O qeyd edib ki, "Təhsil haqqında” qanuna 60-dan çox dəyişiklik olunub, qanuna 2 yeni maddə əlavə edilib".

Qeyd edək ki, əvvəlki qanunvericiliyə əsasən, uşaqların I sinfə qəbulu sentyabrın 15-dək 6 yaşı taman olan zaman aparılıb. Sentyabrın 15-dən dekabrın 31-nə kimi 6 yaşı tamam olan uşaqların I sinfə qəbulu müsabiqə yolu ilə aparılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2018-ci il 12 iyun tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Son xəbərlər