İsmayıllıda namus cinayəti — Ər 3 övladının anasını güllələdi
Hadisə 670

İsmayıllıda namus cinayəti — Ər 3 övladının anasını güllələdi

İsmayıllıda namus cinayəti — Ər 3 övladının anasını güllələdi


Ötən gün axşam radələrində İsmayıllının Kürdmaşı kəndində ər öz həyat yoldaşını odlu silahla qətlə yetirib.

BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı ilə həyat yoldaşı, 1978-ci il təvəllüdlü Səfərov Elçin Mazan oğlu arasında mübahisə düşüb. Belə ki, tez-tez Türkiyə Respublikasına işləməyə gedən E. Səfərov təzəlikcə kəndə qayıdıb və həyat yoldaşının bəzi hərəkətlərindən şübhələnib.

Mübahisə də elə bu zəmində yaranıb. Nəticədə E.Səfərov 3 uşaq anası olan Ceyhunəni uşaqların gözü qarşısında qətlə yetirib sonra isə könüllü olaraq İsmayıllı rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub.

Araşdırmalar zamanı məlum olub ki, C. Səfərova bir neçə il əvvəl Ağdaş rayonundan İsmayıllıya gəlin köçüb. 2 qız, 1 oğul dünyaya gətirən C. Səfərova evdar qadın olub.

Kəndin icra nümayəndəsi hadisəni törədən Elçin Səfərovun ailəsi barədə müsbət fikirlər söylədi:

“Atası Mazan Səfərov uzun illər kənddə baş mühəndis vəzifəsində çalışıb, Elçində traktor sürürdü, günəmuzd işləyirdi, arada Türkiyəyə işləməyə gedirdi. Ayrıca evi var idi, ailəsi ilə birgə orada qalırdı. Nəsə deyilənə görə, namus məsələsidir”.

Son xəbərlər