03
июля
2018
15:44
Antalya-Bakı reysində gecikmə yaranıb
Ötən gün gecədən Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında baş verən problem təyyarə reyslərinin də ləngiməsinə səbəb olub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hazırda Antalya-Bakı reysində gecikmə var. Belə ki, 1 saat 15 dəqiqə təyyarə Bakıdan gec yola düşdüyü üçün "j2 026" nömrəli reysin yola düşmə vaxtında təxminən 2 saatlıq gecikmə yaranıb.
Bu barədə məlumatı Azərbaycan Hava Yollarının (AZAL) məlumat bürosundan da təsdiq etdilər. Bildirildi ki, ötən gün baş verən məlum hadisə ilə bağlı fasilə yaranıb, məhz buna görə reysdə gecikmə baş verib.
"Hazırda təyyarələrin qəbulu həyata keçirilir və hava limanının işində heç bir problem yoxdur",- deyə məlumat bürosundan bildirilib.
Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.
Şahin