DTX-nin MTN generallarına qarşı 1 milyon manatlıq iddiası təmin edilib
Hadisə 756

DTX-nin MTN generallarına qarşı 1 milyon manatlıq iddiası təmin edilib

DTX-nin MTN generallarına qarşı 1 milyon manatlıq iddiası təmin edilib


Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün yekunlaşan məhkəmə prosesində Dövlət Təhlükəsizliyi Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunması barədə qərar çıxarılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, məhkəmə "Daşkəsən" epizodu üzrə 686 min manatlıq mülki iddia və zərərçəkmiş iş adamı Kamal Seyfullayevin 2 milyon manatlıq mülki iddiasını təmin etməyib.

Bəzi zərərçəkmişlərin mülki iddiası isə qismən təmin edilib.

Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxslərin hərbi rütbələrdən və dövlət təltiflərindən məhrum edilməsi haqqında qərar çıxarıb.

Qeyd edək ki, bu gün Sabunçu rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sübahir Qurbanov 14 il, Fuzili Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Teymur Quliyev 12 il, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fərhad Atayev və Elşən Əzizov 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar.

Qadın general Natəvan Mirvətova barəsində də 5 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Oxşar xəbərlər

Son xəbərlər